"Respublika günü-28 may" şeiri | Rafiq Yusifoğlu

 

İyirmi səkkiz Maya
Çox yaraşır toy-düyün.
Əbədi bahar gəlib
Yurdumuza həmin gün.

 

Həmin gün qəlbimizdə
Neçə arzu dil açıb.
Təkcə dağda, düzdə yox,
Qəlbimizdə gül açıb.

Doğma diyarı xoşbəxt
Görmək necə də xoşdur!
Azadlıq çiçəyini
Dərmək necə də xoşdur!

 

İgid oğullarımız
Olub elə havadar.
Üçrəngli Bayrağımız
Dalğalanır havada.

 

Səslənən Himnimizdə
Sanki sel gücü vardır.
Çiçəklənən yurdumuz
O gündən yadigardır.


«Respublika günü-28 may» şeiri | Rafiq Yusifoğlu

"Respublika günü-28 may" şeiri | Rafiq Yusifoğlu 28 may haqqında şeir

 

0 şərh